XəTMƏTÜL-HACƏGAN

Məhəmmədi Nuru Hiss Edək

Mübarək xətnə (xüsusi zikr məclisi) həftədə ən azı bir dəfə, Cümə gecəsi – yəni cümə axşamını cüməyə bağlayan gecə, işa namazından sonra icra olunur. Bu vaxtda edə bilməyənlər sübh namazından təxminən 45 dəqiqə sonrasına qədər də edə bilərlər.

Kimin vaxtı genişdirsə, bu zikri bu qayda ilə hər gün edə bilər. Hətta istəyənlər üçün, gündə iki dəfə – bir dəfə əsr namazından sonra, bir dəfə də işa namazından sonra – etmək də mümkündür.

Qəlbdən-qəlbə axan Məhəmmədi nur, son axan qəlbdən öz qəlbinə yalnız qəlbini açmaqla alınar. Qəlb, Allah əhlinə (mənəvi öndərlərə) qarşı özünü “alıcı” vəziyyətə gətirsə, onların qəlbindən gələn nur artıq avtomatik şəkildə ona açılan bu qəlbə axacaq.

Xətnə məqsədi ilə camaat halında toplaşdıqda, əgər iştirakçıların sayı 10 nəfərdən azdırsa, aralarında bölüşdürərək ən azı 7 dəfə Fatiha surəsi oxunur, digər saylar da aralarında bərabər şəkildə paylanır. Əgər xətnəyə 10 nəfərdən çox insan qatılarsa, hər kəs bir dəfə Fatiha surəsini oxuyur, digər zikrlər isə hər kəs üçün 10 dəfə olmaqla oxunur və beləliklə xətnədə oxunan bütün zikrlərin ümumi sayı tamamlanır.

Sonra, bu xətnədən hasil olan qat-qat savabın bağışlanması üçün ediləcək duaya keçilir. Dua edərkən və ya zikrləri oxuyarkən, əzbər bilmədiyimiz yerlərdə gözlərimizi açıb yazıya baxaraq, savabın bağışlanacağı şəxslərin adlarını oxuya bilərik.

Xətnədən hasil olan savab bağışlanarkən, hər bir Allah dostunun adını, sanki qarşımızda imiş kimi hörmətlə çəkir, sonra adlarının ardınca yazıldığı kimi dua edir və o şəkildə növbəti ada keçirirk.

Bu isə qəlbimizin qapılarını açacaq, üzümüzü nur axınının istiqamətinə döndərəcəkdir.


İNDİ İSƏ QƏLBİMİZİN ƏN DƏRİNİNDƏN DEYƏK:

Bismillahir-rəhmanir-rəhim.

“Aləmlərin Rəbbi olan Allaha həmd olsun, əfəndimiz Mühəmmədə, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun.”

“Allahım! ey bütün qapıları açan, ey səbəbləri yaradan, ey qəlbləri və baxışları çevirən, ey aciz qalanların yol göstərəni, ey imdad istəyənlərin imdadına çatan! Mənə imdad eylə. Sənə təvəkkül etdim, ey Rəbbim, işimi Sənə həvalə edirəm. Ey Fəttah, ey Vəhhab, ey Basit! Və Allahın salat və salamı xəlqinin ən xeyirlisi olan Peyğəmbərimiz Mühəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun.”

Ey Rəbbim, ey aləmlərin Rəbbi! Bu günə qədər etdiyim bütün günahlardan tövbə edirəm, onlara görə peşmanam, inşallah bir daha işləməməyə qərar verirəm. Tövbəmi Sənə ərz edirəm; məni bu tövbə üzərində sabit eylə, bu tövbədə sabit qalmaq üçün mənə qüvvət və güc bəxş eylə.

Ey Rəbbim, ey aləmlərin Rəbbi! Sənin bir qulun olaraq, bizə Məhəmmədi nurun çatmasında zəhməti olan bütün həqiqət əhlinin (haqq yolunun böyük şəxslərinin) ruhlarına sevgi ilə salam göndərir, himmətlərini hörmətlə qəbul edirəm.

Ey Rəbbim, ey aləmlərin Rəbbi! Mən – Sənin bir qulun – mənə çatan son beyət əlindən Məhəmmədi nuru aldım və zahiri-batini bütün varlığıma onu libas etdim. Məni qüdrət əlinlə qoru, hifz eylə, məni nəfsimə bir anlıq belə buraxma.

Sonra sol yanağımızı yüngülcə sol çiynimizə əyirik, gözümüzü yumuruq və qəlbimizin içinə dönürük:

33 dəfə: “Əstəğfirullah”

7 dəfə: “Fatiha” surəsi

100 dəfə: Peyğəmbərə salavat

“Allahummə salli alə Seyyidinə Mühəmmədin və alə ali Seyyidinə Mühəmməd.”

500 dəfə: “La həvlə və la quvvətə illə billah.”

7 dəfə: yenidən “Fatiha” surəsi

100 dəfə: yenidən salavat

“Allahummə salli alə Seyyidinə Mühəmmədin və alə ali Seyyidinə Mühəmməd.”

Sonra belə deyirik:

Bismillahir-rəhmanir-rəhim

“Aləmlərin Rəbbi olan Allaha həmd olsun, əfəndimiz Mühəmmədə, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun.”

“Allahım, ey Rəbbimiz, ey aləmlərin Rəbbi! Öz lütf və kərəminlə bizdən bu mübarək xətnəni qəbul etdikdən sonra, bu oxunuşdan hasil olan savabın mislini bir hədiyyə olaraq çatdır:

  1. Aləmlərin əfəndisi, Adəm övladının şərəfi, peyğəmbərlərin imamı, seçilmişlərin seyyidi olan əfəndimiz Mühəmməd Mustafa (sallallahu aleyhi və səlləm)ın ruhuna.

Və bütün peyğəmbər və rəsulların ruhlarına; onların ailə və səhabələrinin də ruhlarına.

  1. Hz. Əbu Bəkr əs-Sıddıqın (radiyallahu anhu) ruhuna,
    Hz. Ömərul-Faruqun (radiyallahu anhu) ruhuna,
    Hz. Osman Zinnureynin (radiyallahu anhu) ruhuna,
    Hz. Əliyyül-Mürtəzanın (kərrəmallahu vəchəh) ruhuna,
    Hz. Həsənin (radiyallahu anhu) ruhuna,
    Hz. Hüseynin (radiyallahu anhu) ruhuna,
    Peyğəmbərimizin bütün pak zövcələrinin və bütün Əhli-beytinin ruhlarına,
    Peyğəmbərimizin bütün ailə və səhabələrinin ruhlarına,
    Hz. Üveysül-Qəraninin (radiyallahu anhu) ruhuna.
  2. Hz. Səlman-i Farisinin (radiyallahu anhu) ruhuna.
  3. Hz. Qasım bin Mühəmmədin (radiyallahu anhu) ruhuna.
  4. Hz. Cəfər-i Sadiqin (radiyallahu anhu) ruhuna.
  5. Hz. Bayəzid-i Bistaminin (qəddəsallahu sirrah) ruhuna.
  6. Hz. Şeyx Əbul-Həsən Əli bin Cəfər əl-Xaraqaninin (qəddəsallahu sirrah) ruhuna.
  7. Hz. Şeyx Əbu Əli Fədl bin Mühəmməd əl-Farmədinin (qəddəsallahu sirrah) ruhuna.
  8. Hz. Şeyx Yusif əl-Həmədaniyin (qəddəsallahu sirrah) ruhuna.
  9. Böyük qütb, Hz. Şeyx Əbdülxaliq Ğucdüvaniyin (qəddəsallahu sirrah) ruhuna.
  10. Hz. Şeyx Arif ər-Rivgərinin (və ya Rivegəri) (qəddəsallahu sirrah) ruhuna.
  11. Hz. Şeyx Mahmud İncir Fəğnavinin (qəddəsallahu sirrah) ruhuna.
  12. Hz. Şeyx Əliyyür-Ramitəinin (qəddəsallahu sirrah) ruhuna.
  13. Hz. Şeyx Məhəmməd Baba Semmasinin (qəddəsallahu sirrah) ruhuna.
  14. Hz. Şeyx Seyyid Əmir Külalın (qəddəsallahu sirrah) ruhuna.

Və evliyaların sərvəri, Ğavsül-Əzam Hz. Şeyx Seyyid Əbdülqadir Geylaninin (qəddəsallahu sirrah) ruhuna.

Həmçinin, Peyğəmbərimizdən bu günə qədər Məhəmmədi nuru ümmətə çatdıran Nəqşbəndiyyə, Sühreverdiyyə, Qadiriyyə, Kübreviyyə, Rüfaiyyə, Çiştiyyə, Xəlvətiyyə və digər bütün haqq yollardakı sədatların, məshayixlərin, onlara mənsub və onlara etiqad edənlərin – hamısının (qəddəsallahu əsrarahum) – ruhlarına.

  1. Təriqətin imamı, insanların gavsı, axan feyzin və yayılan nurun sahibi olan Hz. Şeyx Seyyid Məhəmməd Bəhaəddin Üveysi Buxari, Şahı Nəqşbənd adı ilə tanınanın (qəddəsallahu sirrah) ruhuna.
  2. Hz. Şeyx Əlaəddin Attarın (qəddəsallahu sirrah) ruhuna.
  3. Hz. Şeyx Yaqub Çərhinin (qəddəsallahu sirrah) ruhuna.
  4. Hz. Şeyx Übeydullah Əhrarın (qəddəsallahu sirrah) ruhuna.
  5. Hz. Şeyx Məhəmməd Zahid Qadı Səmərqəndinin (qəddəsallahu sirrah) ruhuna.
  6. Hz. Şeyx Dərviş Məhəmməd Səmərqəndinin (qəddəsallahu sirrah) ruhuna.
  7. Hz. Şeyx Məhəmməd Xacəgi Əmkənəkinin (qəddəsallahu sirrah) ruhuna.
  8. Hz. Şeyx Məhəmməd Baki Billahın (qəddəsallahu sirrah) ruhuna.
  9. İmam Rabbani, ikinci minilliyin mücəddidi, Hz. Şeyx Əhməd Fəruki Sərhəndinin (qəddəsallahu sirrah) ruhuna.
  10. Hz. Şeyx Məhəmməd Məsum, “Ürvətül-vusqa” sahibinin (qəddəsallahu sirrah) ruhuna.
  11. Hz. Şeyx Məhəmməd Seyfəddinin (qəddəsallahu sirrah) ruhuna.
  12. Hz. Şeyx Seyyid Nur Mühəmməd Bədəuninin (qəddəsallahu sirrah) ruhuna.
  13. Hz. Şeyx Şəmsəddin Həbibullah Mirzə Mazhar Canı Cananın (qəddəsallahu sirrah) ruhuna.
  14. Mənəvi sirlərin cəmi olan Hz. Şeyx Seyyid Abdullahi Dihlevinin (qəddəsallahu sirrah) ruhuna.
  15. “İki qanadlı səcdəkar” ləqəbli, Hz. Şeyx Xalid Bağdadinin (qəddəsallahu sirrah) ruhuna.
  16. İmanın əhli üçün nur olan Siracəddin, Hz. Şeyx Osman Tavileynin (qəddəsallahu sirrah) ruhuna.
  17. İslamın və müsəlmanların mürşidi, Hz. Şeyx Əbu Bəkr Ğiyaseddinin (qəddəsallahu sirrah) ruhuna.
  18. Zövq və safalığın bulağı, Ərbilın şahı Hz. Şeyx Mustafa Kəmaləddinin (qəddəsallahu sirrah) ruhuna.
  19. Dünya və axirətin şərəfli piri, Hz. Şeyx Müşərəffin – Allah onu hər iki aləmdə şərəfləndirsin – (qəddəsallahu sirrah) ruhuna.
  20. Qəlb xəstəliklərinin həkimi, Hz. Şeyx Mühəmməd Nuri – ki o, Allah elmində bir “ğavvəs”dir (dərinə dalan) – (qəddəsallahu sirrah) ruhuna.

Ya Rəbbim, bunların hamısını onlara çatdır.

Bu hədiyyələri bizdən onlara ikram eylə, ruhlarını bunlardan agah eylə.

Ey Rəbbim! Bizi Sənin seçilmiş dostlarına mənsub, onlara bağlı və onlara möhkəm etiqad edən qullarından eylə. Bizi şeytanın və nəfsin şərindən qoru. Hər hal və hər davranışımızda bizə düz yolu (sıratəl-müstəqimi) göstər.

Amin! Vəlhəmdulillahi Rəbbi-l-aləmin.

Sonra “Amənər-Rəsulü…” (Bəqərə surəsinin son ayələri) və ya İxlas surəsini oxuyuruq.

Sonra 33 dəfə “Əstəğfirullah” deyib gözümüzü açırıq.